25 okt 2023 16:27
İsrail dərhal bu səhvindən əl çəkməlidir. Qəzzaya qarşı quru əməliyyatı bu vəhşiliyi qırğına çevirəcək.
Metbuat.az xəbər verir ki, Qətərdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan belə açıqlama verib. O Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb. Ardınca Hakan Fidan Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman ilə birgə mətbuat konfransında danışıb.
O bildirib ki, Türkiyə Qəzzadakı fələstinlilərin evlərindən sürgün edilməsinə səssiz qalmayacaq. Hakan Fidanı bəyan edib ki, İsrail Qəzzadakı hücumları dayandırmalıdır.