2 okt 2023 16:49
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın yarımmüdafiəçisi Kevin de Brüyne üçün əvəzləyici olaraq Camal Musalanı düşünür.
Metbuat.az bildirir ki, Brüyne artıq 32 yaşındadır və 2 il sonra klubla müqaviləsi bitir. Belə olan halda "şəhərlilər" "Bavariya"dan Camal Musalanı transfer etməyə çalışacaqlar.
20 yaşlı yarımmüdafiəçinin münhenlilərlə 2026-cı ilin yayınadək müqaviləsi var. Mançesterlilər qarşı tərəfin 110 milyon avroluq tələbinə rəğmən bu keçidin həll olunmasında israrlıdır. Yanvarda, ən geci gələn yay Musialanın keçidi üçün lazım olan addımlar atılacaq.