METBUAT.AZ

İdman

"Real" zədəsini sağaldan Ardaya qərarını bildirdi -

12 okt 2023 15:01

“Real Madrid”in futbolçusu Arda Güler zədəsini sağaldıb.

Metbuat.az xəbər verir ki, Arda artıq fərdi məşqlər edir. Bununla belə, “Real Madrid” Ardaya zədəsinə sağaltmasına baxmayaraq onun heyətə daxil etməyəcəyini bildirib. Məlumata görə, Arda əsas heyətdə yer almayacaq və o, fərdi məşqlərini davam etdirəcək. İspaniya mediasının məlumatına görə, klub Ardanın özünü daha da gücləndirməsini istəyir. “Real Madrid” Ardanın fiziki baxımdan gücləndirmək üçün proqram hazırlayıb.

Qeyd edək ki, Arda Gülerin icarəyə göndərilməsi gündəmdə olsa da, klubdab bəzi dairələr buna qarşı çıxıb. Arda özü də klubda qalmaq istəyir. Əsas heyətdə oynamaq istəyən Ardanın hələ heyətə daxil edilməyəcəyi qeyd edilir.


metbuat.az.