METBUAT.AZ

Sağlamlıq

Reyhanın bilmədiyimiz

29 okt 2023 04:02

Reyhanın Azərbaycan mətbəxində xüsusi yeri var. Çox hallarda göyərti kimi yeməklərin yanında və ya salatların, yeməklərin tərkibinə vurulan bu bitki ədviyyat olmaqla yanaşı həmdə bir çox dərdin də dərmanıdır.

Metbuat.az saglamolun.az-a istiandən reyhanın bilmədiyiniz bütün faydalarını təqdim edir:

1. Reyhan qışda və eləcə də yayda orqanizm üçün çox vacib olan ümumi tonusu artırır.

2. Həzmi sürətləndirir. Qidanın tez həzm olunmasına şərait yaradır.

3. Vanna şəklində reyhan bitkisi sakitləşdirici təsirə malikdir.

4. Dəmləməsini öskürək zamanı içmək faydalıdır. Baş ağrısı və sidik yollarının iltihabı zamanı da istifadə edilir.

5. Reyhanın efir yağı bakterisid (bakteriya əleyhinə) təsirə malikdir.

6. Sinir xəstəlikləri zamanı reyhan çayı yaxşı təsir göstərir. 1 x/q xırdalanmış reyhanı 1 st qaynar suya tökün və 5-10 dəqiqə qaynadın. 3 dəqiqə saxlayın. Gündə 4 dəfə yeməkdən əvvəl 4/1 st qəbul edin.

7. Bu çay həm də qusmanın və ürəkbulanmanın qarşısını alır.

8. Hind farmaseftləri sübut ediblər ki, reyhan xərçəngin əsas yaranma səbəblərindən olan sərbəst radikalları orqanizmdən çıxararaq onu qoruyur.

9. Bir neçə quru reyhan budağını paltar şkafına yerləşdirsəniz o zaman pis qoxunun və geyimlərə güvə düşməsinin qarşısını alacaq.


metbuat.az.