27 okt 2023 12:01
Ağ Ev iddia edib ki, Rusiya Ukraynada əmrə tabe olmayan əsgərlərini edam edib və komandirlər Ukraynada cəbhə xəttindən geri çəkilmək istəyən qoşunları öldürməklə hədələyiblər.
Metbuat.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi bəyan edib ki, Rusiyanın Ukraynadakı qoşunları hazırlıqlı deyil və təchiz olunmayıb.
Müharibəyə hazır olmayan hərbçilər əmrlərə tabe olmaq istəməyib. Rusiyanın müvafiq avadanlıq, rəhbərlik, resurslar və dəstək olmadan zəif təlim keçmiş əsgərləri birbaşa döyüşə göndərdiyini qeyd edən Kirbi, "Bütün bu şərtləri nəzərə alsaq, Rusiya qüvvələrinin döyüş bacarığının aşağı olması təəccüblü deyil" deyə bildirib