METBUAT.AZ

Region

Rusiya və İran rəsmiləri Cənubi Qafqazı

26 okt 2023 23:16

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iranlı həmkarı Əli Bagiri ilə görüş zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

“Cənubi Qafqazdakı vəziyyət əsaslı şəkildə müzakirə olunub. Tehranda keçirilmiş "3+3” platforması üzrə nazirlər görüşünün nəticələri nəzərə alınmaqla, regionda vəziyyətin sabitləşdirilməsi üçün çoxtərəfli sazişlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb”, - deyə bildirilib.

Tərəflər həmçinin Mərkəzi Asiya ilə bağlı aktual məsələlər və Ukrayna münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.


metbuat.az.