20 okt 2023 16:18
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İsrailə çağırış edib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, Fələstin münaqişəsinin həlli 1967-ci ildəki sərhədlər çərçivəsində olmalıdır. Məhəmməd bin Salmanın sözlərinə görə, Səudiyyə Ərəbistanı tərəfləri dialoqu artırmağa və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırır.
“Tərəfləri 1967-ci il sərhədlərinə uyğun olaraq, hamı üçün təhlükəsiz və rifahı təmin edəcək Fələstin dövlətinin qurulması üçün ədalətli həllə çağırırıq. Səudiyyə Ərəbistanı ədaləti, sabitliyi, sülhü və Fələstin xalqının qanuni hüquqlarını təmin etmək üçün Qəzzadakı mühasirəni ləğv etməyə çağırır" - Məhəmməd bin Salman deyib.