METBUAT.AZ

Dünya

Sunak LGBT təbliğatına etiraz etdi

5 okt 2023 18:10

Qlobal kapitalın dəstəyi ilə güclənən LGBT lobbisinə qarşı Böyük Britaniyanın baş naziri Rişi Sunak diqqətçəkən bəyanat səsləndirib.

Metbuat.az xəbər verir ki, Sunak Mühafizəkarlar Partiyasının konfransında təəccüblü açıqlamalar verib. Mançesterdə keçirilən konfransın bağlanış nitqi ilə çıxış edən Sunak LGBT lobbisini tənqid edib. Rishi Sunak Qərb ölkələrində uşaq bağçasında belə aparılan LGBT təbliğatına etiraz edərək, bunun uşaqlara pis təsir etdiyini ifadə edib.

“İnsanları istədikləri cinsiyyəti seçə biləcəklərinə inandıraraq, zorakılığa məruz qoymamalıyıq. Kişi kişidir, qadın qadındır, bu sağlam düşüncədir”- Sunak deyib.


metbuat.az.