METBUAT.AZ

Gündəm

Taksi sürücülərinə ŞAD XƏBƏR:

13 okt 2023 09:29

"Taksilər də avtobuslar üçün yaradılmış xüsusi zolaqdan istifadə edə bilər".

Metbuat.az xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, taksi standartları müəyyən edildikdən sonra taksilərin avtobus zolaqlarından istifadə etməsi məsələsinə baxıla bilər.

Məsələyə münasibət bildirən yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı Xəzər TV-yə bildirib ki, beynəlxalq təcrübəyə əsasən, digər ölkələrdə avtobuslar üçün yaradılan zolaqlardan taksilər də istifadə edirlər. Çünki taksi də ictimai xidmət sahəsi hesab edilir və bunun üçün paytaxtın bəzi küçə və prospektində olan xüsusi zolaqlardan onların da istifadəsi mümkündür.

Daha ətraflı Xəzər TV-nin hazırladığı materialda tanış ola bilərsiniz.



metbuat.az.