METBUAT.AZ

Şou-Biznes

Tanınmış aparıcı böyrəyini atasına verdi

12 okt 2023 16:56

Aparıcı Zaur Nəbioğlu böyrəyini atasına verdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə o Rəngarəng səhər" verilişində danışıb. Atasının ağır xəstə olduğunu deyən Zaur əlavə edib ki, böyrəyini atasına vermək üçün müraciət edən zaman atası bu addımı ilə razılaşmayıb.

"O Əməliyyat olunandan sonra bildi ki, mən böyrəyimi ona vermişəm. Əməliyyata görə 6 ay efirdən uzaq qaldım. Allah bütün valideynlərin canını sağ etsin".


metbuat.az.