21 okt 2023 12:23
Tovuzda 26 yaşlı gənc ov tüfəngindən açılan güllə nəticəsində ölüb.
Metbuat.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.