METBUAT.AZ

Şou-Biznes

Tünzalə öləcəyini bildiyi üçün dolabda bunu saxlayırdı -

30 okt 2023 11:14

"Bu güllər həyat yoldaşım Tünzaləyə aldığım ilk güllərdir. Onu saxlayırdı. Deyirdim ki, eşqim, at o gülləri getsin. Tünzalə isə cavabında, axı bu gülləri mənə sən almısan necə atım. O bu gülləri 9 il saxladı. İndidən sonra isə mən saxlayacağam".

Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.

Aktrisanın əri bildirib ki, Tünzalə vəfat edəcəyini öncədən bildiyindən yas mərasimi üçün dolabında 1000 manat pul saxlayıb:

"21 yanvar Tünzalə anama deyib ki, mən öləcəyəm. Artıq son günümdür. Röyala de ki, narahat olmasın, sıxıntı çəkməsin. Dolabda 1000 manat pul var. Röyal onu götürsün, yas mərasimim üçün sıxıntı çəkməsin. Bunu isə mənə anam 24 yanvar tarixində dedi. Açıb dolabı gördüm ki, 2 dənə 500 manat var.

Tünüşüm (həyat yoldaşı Tünzalə Əliyevanı elə çağırırmış - red.), saçlarımın ağardığını görmədin. Amma deyirdi ki, saçların ağaranda sənə yaraşacaq. Sanslıyam ki, sənin ağaran saçlarını gördüm".

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən bu il yanvarın 22-də 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var. O hazırda "Qara tikan" serialına çəkilir. Eyni zamanda Abdulla Şaiq adına Kukla Teatrında tamaşalarda kiçik rolları canlandırır.


metbuat.az.