5 okt 2023 16:51
Türk dövlətlərinin Notariuslar İttifaqı yaradılır.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, buna dair anlaşma memorandumu İstanbulda imzalanıb.
Rəsmi mərasimdə çıxış edən Türkiyənin ədalət naziri Yılmaz Tunç, ilkin mərhələdə ittifaqa Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın üzv olacağını deyib. Onun sözlərinə görə, bu ölkələr arasında sözügedən sahədə əməkdaşlıq və təcrübə mübadiləsi də nəzərdə tutulub.
Nazir əlavə edib ki, türk dövlətlərində həyata keçirilən notarial prosedur İttifaqa üzv olan digər dövlətlərdə də keçərli olacaq.