METBUAT.AZ

Dünya

Türkiyə Qəzzaya gəmi göndərə bilər

18 okt 2023 11:23

Qəzza zolağında “Əl-Ehli Baptist” xəstəxanasına hücumdan sonra Türkiyə hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca 500-dən çox insanın öldüyü deyilən hücumla bağlı sosial media hesabında paylaşım edib. Fahrettin Koca bildirib ki, o hadisədən sonra bir çox beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli rəhbərləri ilə telefon söhbəti aparıb. Onun sözlərinə görə, Türkiyə bölgəyə Gəmi Xəstəxanası göndərməyə, Qəzzada və ya Rəfah Sərhəd Qapısına yaxın ərazilərdə Sahə Xəstəxanaları qurmağa hazırdır.

Fahrettin Koca Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Direktoru Hans Kluge ilə telefon söhbəti zamanı bildirib ki, səhiyyə xidmətləri baxımından regiona dəstək verilməlidir.


metbuat.az.