METBUAT.AZ

Şou-Biznes

Türkiyəli tanınmış müğənni

25 okt 2023 15:46

"FETÖ"nün media strukturu ilə bağlı cinayət işində mühakimə olunan türk müğənni Atilla Taş “dövlət məmurunu təhqir etmək” və “dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmək” ittihamları ilə 2 il 2 ay 25 gün həbs cəzası alıb.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, İstanbul 25-ci Ağır Cəza Məhkəməsi 8 mart 2018-ci ildə "FETÖ"nün media strukturu ilə bağlı “təşkilat üzvü olmaq” və “dövlət çevrilişinə cəhd” ittihamı ilə 20-si saxlanılan 29 müttəhimin mühakimə olunduğu işdə qərar qəbul edib. Prosesdə müttəhim Atilla Taş iştirak etməyib. Məhkəmədə onu vəkili Sevgi Kalan Güvercin təmsil edib.

Atilla "dövlət məmurunu təhqir etmə" maddəsi ilə 1 il 9 ay 25 gün, "dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmə" maddəsi ilə isə 5 ay həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, müğənni daha əvvəldə həbs edilib. O, “FETÖ” təşkilatına bilərək və istəyərək kömək etmə” səbəbilə 3 il 15 gün həbs cəzası alsa da daha sonra azadlığa buraxılıb.


metbuat.az.