19 okt 2023 10:38
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) nüfuzlu işgüzar mükafat olan “EY İlin İş Adamı” 2023-2024 proqramını dəstəkləyir.
Müsabiqənin təşkilatçısı dünyada audit və konsaltinq üzrə nüfuzlu şirkətlərdən olan EY (keçmiş Ernst & Young) şirkətidir.
Veysəloğlu Şirkətlər Qrupu ilə yanaşı, Azərbaycan Beynəlxalq Bankı (ABB) və bp də müsabiqəyə dəstək verir.
“Bu gün bizim tərəfdaşlarımız arasında kiçik və orta sahibkarlar geniş yer tutur. Onların inkişafı və daha keyfiyyətli məhsul istehsalı bizim də inkişafımızdır. Bu müsabiqəni dəstəkləməklə biz ölkənin sosial-iqtisadi və dayanıqlı inkişafı üçün dəyər yaratmaq hədəfimizə də daha bir addım atmış oluruq”, - deyə Veysəloğlu Şirkətlər Qrupunun baç icraçı direktoru Burak Dəniz bildirib.
“EY İlin İş Adamı” müsabiqəsi 35 ildən çoxdur ki dünyanın 60-dan çox ölkəsində keçirilir.
Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini dekabrın 31-dək təqdim edə bilərlər. Azərbaycanda müsabiqənin qalibi 2024-cü ilin fevralında seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsasən aparacaqlar.
Proqramın məqsədi yüksək potensiala malik kiçik və orta sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurları nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır.