METBUAT.AZ

Mədəniyyət

Xalq artisti Vidadi Həsənov əməliyyat olundu

10 okt 2023 21:13

Xalq artisti, “M Teatr”ın bədii rəhbəri Vidadi Həsənov əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Bakupost.az-a Xalq artisti özü məlumat verib:

“Bir ay əvvəl sol gözümdə problem yarandı. Demək olar ki, görmürdüm. Müayinə zamanı göz dibində “at nalı qopması” diaqnozu qoyuldu. Dünən əməliyyat etdirdim”.

V.Həsənov bildirib ki, özünü yaxşı hiss edir:

“Bu gün səhər tezdən öz fəaliyyətimlə məşğulam. Özümü çox yaxşı hiss edirəm, sol gözümün görmə qabiliyyəti isə bərpa olunmaqdadır”.


metbuat.az.