17 okt 2023 22:03
Xəzər dənizinin Şabran rayon sahillərində iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.
Metbuat.az xəbər verir ki, onlardan biri xilas ola bilib.
Lakin Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Xələf Hüseyn oğlu Hüseynov dənizdə boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.