17 okt 2023 10:17
Yaxın Şərqdə qalmağa məcbur olan 13 azərbaycanlının Azərbaycandakı qohumları ilə əlaqə yaradılmasına şərait yaradılıb.
Metbuat.az xəbər verir ki, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, həmin şəxslərə “Qızıl Xaç Məktubu” vasitəsilə Azərbaycanla əlaqə qurmağa köməklik göstərilib.