13 okt 2023 11:15
İsrailin Qəzzaya qarşı hərbi cinayətləri davam edərsə, yeni cəbhənin açılması mümkündür.
Metbuat.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. Abdullahiyan İraq səfərindən sonra yollandığı Livanın Beyrut Beynəlxalq Hava Limanında keçirdiyi mətbuat konfransında İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib. O bildirib:
“Biz digər müsəlman dövlətlərlə birlikdə Beyruta İsrailin Qəzza xalqına qarşı törətdiyi qətllərə daha dözməyəcəyimizi yüksək səslə bəyan etməyə gəldik. Bəzi Qərb rəsmiləri sionist rejimə (İsrail) qarşı yeni cəbhənin açılmasının mümkünlüyü barədə soruşdular. Mən dedim ki, sionistlər hərbi cinayətlər törətməkdə davam edərlərsə, müqavimət tərəfində hər ehtimalın mümkün olduğunu söylədim”
Qeyd edək ki, İranlı nazir “müqavimət tərəfi” ifadəsinə aydınlıq gətirməsə də, bunun Livandakı Hizbullah olduğu bildirilib.