METBUAT.AZ

İdman

100 milyonluq hücumçu ilə gərginlik yaşadı -

16 noy 2023 11:25

"Napoli"nin baş məşqçisi Rudi Qarsia istefaya göndərilə bilər.

Metbuat.az xəbər verir ki, klubun yeni baş məşqçisinin İqor Tudorun olacağı irəli sürülür. "Corriere dello Sport"un məlumatına görə, “Napoli” İqor Tudorla 1 illik anlaşma əldə edib. Son çempion "Napoli" 12 həftədə 21 xal toplayaraq İtaliya A Seriyasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Rudi Qarsia ilə hücumçu Viktor Osimhen arasında gərginliyin olduğu irəli sürülür. Xarici KİV-lər bu gərginlik səbəbindən Viktor Osimhenin başqa kluba transfer olmaq istədiyini yazmışdı. Viktor Osimhenin transfer qiymətinin 100 milyon avro olduğu irəli sürülür.


metbuat.az.