METBUAT.AZ

Dünya

2023-cü ilin “Kainat gözəli” seçildi

19 noy 2023 11:17

Salvadorda keçirilmiş 72-ci beynəlxalq “Kainat gözəli” müsabiqəsinin finalının qalibi nikaraqualı 23 yaşlı Şeynnis Alondra Palasios Kornexo olub.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, tədbir müsabiqənin Yutub kanalında yayımlanıb.

İkinci yerə isə Taylanddan olan 27 yaşlı Anntoniya Porsild layiq görülüb.

Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 2024-cü ildə Meksikada keçiriləcək.


metbuat.az.