3 noy 2023 10:09
ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçıların İsrailə 14,3 milyard dollarlıq yardım paketi üçün tələb etdiyi qanun layihəsini qəbul edib.
Metbuat.az xəbər verir ki, Nümayəndələr Palatasında keçirilən səsvermədə layihə 226 “hə”, 196 “xeyr” səsi ilə qəbul edilib. Demokratların 12 üzvü respublikaçıların irəli sürdüyü qanun layihəsini dəstəklədiyi halda, 2 üzvü “yox” səs verib. İsrailə 14,3 milyard dollarlıq yardım paketini nəzərdə tutan qanun layihəsində İsrailin müdafiə sistemlərinə dəstəyi nəzərdə tutur. Qanun layihəsinə dair yardımın ABŞ Daxili Gəlir Xidmətinin maliyyələşdirilməsindən ayrılması təklif edilib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün həm Senatın, həm də Prezident Co Baydenin təsdiqini almalıdır. Senatda isə fikir ayrılığı olduğuna görə, sənədin qəbul olunmayacağı bəyan edilib.