30 Noyabr 2023 09:58
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi 9 naməlum obyekt (UNO) ələ keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat verib. Bildirilir ki, kosmik gəmi özü Yerə enərsə və ya Yerdən vurularsa, onu yoxlamaq üçün xüsusi hərbi qüvvələr göndərilir. Bu fəaliyyət nəticəsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin yadplanetlilərə məxsus 9 obyekt ələ keçirdiyi irəli sürülür. Onlardan ikisi zədələnməyib. İddia edilir ki, ABŞ kəşfiyyatı naməlum uçan obyektləri tanımağa qadir olan müəyyən sistemə malikdir.
Qeyd edək ki, ABŞ kəşfiyyatı yadplanetlilər mövcudluğunu sübut edən dəlillərə malik olmadığını bəyan etmişdi.