METBUAT.AZ

Dünya

ABŞ-nin İraqın şimalındakı hərbi bazasına hücum edildi

19 noy 2023 11:29

İraq İslami Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında ABŞ və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçan aparatla (PUA) zərbə endiriblər.

Metbuat.az xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında dərc olunan mesajda bildirilib.

Hərəkat ABŞ bazasına hücumu “düşmənin Qəzza zolağındakı cinayətlərinə cavab” kimi izah edib.

Qeyd olunub ki, PUA nəzərdə tutulan hədəfi vurub.


metbuat.az.