5 noy 2023 11:20
Məşhur türkiyəli iş adamı, jurnalist Acun İlıcalı Yunanıstanın “Atromitos” klubunun səhmlərini satın almağa hazırlaşır.
Bu barədə Yunanıstan mətbuatı xəbər verir. “Artıq tanınmış iş adamının apardığı danışıqlar yekun mərhələyə çatıb” - mənbə yazır.
Məlumat üçün qeyd edək ki, “Atromitos” Yunanıstan çempionatında doqquz turdan sonra altı xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Acun İlıcalı həmçinin İngiltərənin “Hall Siti” və İrlandiyanın “Şelburn” klublarının sahibidir.