METBUAT.AZ

Hadisə

Ağcabədidə vətəndaşlardan odlu silahlar

14 noy 2023 11:00

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 12 müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.


metbuat.az.