METBUAT.AZ

Ölkə

Aliment Fondu ilə bağlı dövlət qurumlarına təkliflər

3 noy 2023 15:15

Aliment Fondunun icra mexanizmi ilə əlaqədar beynəlxalq təcrübə təhlil edilib və rəsmi olaraq müvafiq dövlət qurumlarına təkliflər təqdim olunub.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi komitəyə daxil olan müraciətlərin əksəriyyəti bununla bağlıdır: “Bu sahədə bir çox ölkənin gözəl təcrübəsi var. Bu heç də dövlətin büdcəsinə elə də yük düşməz, əkinsə büdcəyə gəlir gələ bilər”.


metbuat.az.