29 Noyabr 2023 16:06
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 14 müəssisədə nöqsanlar aşkarlayıb.
Bu barədə Metbuat.az-a AQTA-dan bildirilib.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 10, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6 nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | Sucayev Bahadur Sarıbala oğluna məxsus mağaza | Biləsuvar rayonu, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 | Sahibli Coşqun Seymur oğluna məxsus mağaza | Astara rayonu, Astara şəhəri, H.Əliyev pr., ev 132 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 | Bayramov Natiq Nadir oğluna məxsus ərzaq mağazası | Astara rayonu, Astara şəhəri, N.Nərimanov küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 | Kərimov Fərid Araz oğluna məxsus mağaza | Astara rayonu, Astara şəhəri, H.Əliyev prospekti | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 | Gənciyev Ayaz Mirzəcan oğluna məxsus mağaza | Astara rayonu, Astara şəhəri, H.Əliyev prospekti | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 | "Ukrayna" market | Şəki rayonu, Şəki şəhəri, M.F.Axundov prospekti | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 | "Kristal" mağazası | Şəki rayonu, Şəki şəhəri, S.Mümtaz küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri | |||
1 | "Ukrayna" çay evi | Şəki rayonu, Şəki şəhəri, M.F.Axundov prospekti | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 | "Qələbə" dönər evi | Gəncə şəhəri, Z.Əliyeva küçəsi 12/2 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
3 | "Nur" dönər evi | Gəncə şəhəri, V.Tutayuq küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 | "Osmanbəy" dönər evi | Gəncə şəhəri, Ü.Hacıbəyov və Z.Hacıyev küçələrinin kəsişməsi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
5 | "İssa" dönər evi | Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 407B | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
6 | "Agüloğlu" restoranı | Gəncə şəhəri, H.B.Zərdabi küçəsi 11 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
7 | Sənan Zeynal Səməd oğluna məxsus dönər evi | Gəncə şəhəri, Gülüstan qəsəbəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |