METBUAT.AZ

İdman

​Arda Turan tarix yazır -

17 noy 2023 09:25

Türkiyənin futbol üzrə 1-ci Liqasında “Eyüpspor” klubunun uğurlu oyunu davam edir.

Metbuat.az xəbər verir ki, baş məşqçisi keçmiş futbolçu Arda Turanın olduğu “Eyüpspor”un baxımlı oyun nümayiş etdirməsi yenidən yerli medianın gündəmindədir. Məlumatda qeyd edilir ki, son turda “Eyüpspor” “Altay”a 7-1 hesabı ilə qalib gələrək həftəni lider kimi başa vurub. 30 xalla ilk pillədə qərarlaşan “Eyüpspor” ən yaxın izləyicisi olan “Kocaelispor”u 7 xal qabaqlayıb. Klubunun uğurlu seriyasından xoşbəxt olduqlarını ifadə edən məşqçi Arda Turan çempion olmaq istədiklərini ifadə edib.

Qeyd edək ki, ötən mövsüm “Eyüpspor”a baş məşqçi təyin olunan Arda Turan 20 rəsmi oyun keçirib və hər matçda orta hesabla 2,05 xal qazanıb.


metbuat.az.