16 noy 2023 09:25
“Real Madrid”in keçmiş fitness məşqçisi Xose Luis San Martin məqaləsində Arda Gülerin 4 ayda 3 dəfə zədələnməsinin səbəbinin müalicə prosesindəki səhv olduğunu bildirib.
Metbuat.az xəbər verir ki, Martinin iddiasına görə, Arda Gülerə fiziki məşqlər zamanı səhv tapşırıqlar verilib. Onun sözlərinə görə, Gülerin fiziki çatışmazlığı bədəndəki əzələni düzgün məşqlərlə artırılmaqla kompensasiya edilməli idi, lakin bu həyata keçirilməyib. Keçmiş fitness məşqçisi bildirib ki, Arda fiziki baxımdan güclü olmayıb və məşq zamanı zədələnib. Xose Luis San Martinin sözlərinə görə, Ardanın zədəsi tam sağalmamış fiziki baxımdan güclü olan komanda yoldaşları ilə birgə məşqə qoşulub.
Qeyd edək ki, Arda Gülerin zədələrindən sonra "Real Madrid"in baş həkimi Niko Mihiç vəzifəsindən azad edilib.