28 Noyabr 2023 10:55
ABŞ Prezidenti Co Bayden Qəzzada HƏMAS və İsrail arasında daha əvvəl razılaşdırılmış müvəqqəti atəşkəsin daha 2 gün uzadılması üçün sıx səylər göstərdiyini bildirib.
Metbuat.az xəbər verir ki, o bu barədə yazılı açıqlama verib. Sözügedən razılaşmanın nəticə verməyə davam etməsi üçün sıx səylər göstərdiyini qeyd edən Bayden, humanitar fasilənin Qəzza zolağında əziyyət çəkən günahsız mülki şəxslərə əlavə humanitar yardımın əhəmiyyətli dərəcədə artmasına imkan verdiyini vurğulayıb.
Qəzzəyə gedəcək humanitar yardımların miqdarını artırmaq üçün müvəqqəti atəşkəsdən tam şəkildə istifadə etdiklərinə diqqət çəkən Bayden, "Fələstin xalqı üçün sülh və ləyaqətli gələcək qurmaq üçün səylərimizi davam etdirəcəyik" deyə bildirib.