13 noy 2023 14:47
"Mançester Siti" PSJ-nin istedadlı futbolçusu Zaire-Emerini transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, "Mançester Siti" 17 yaşlı “Qızıl oğlan” ləqəbli futbolçu üçün 64 milyon avro təklif edib. PSJ təklifi rədd edib. Məlumata görə, Zaire-Emerinin transferi üçün Avropanın digər nəhəng klubları da hərəkətə keçib.
Qeyd edək ki, yarımmüdafiə mövqeyində çıxış edən Zaire-Emeri ötən mövsüm PSJ-də debüt edib və 31 oyuna çıxıb, 2 qol vurub. 17 yaşlı futbolçu bu mövsüm Liqa 1 komandasında 15 oyuna çıxıb, iki qol vurub. Zaire-Emeri Fransa Milli Komandasına çağırılıb.