METBUAT.AZ

Siyasət

Ayxan Hacızadədən Aİ rəsmisinə

17 noy 2023 00:01

“Qanuni istintaq hərəkətlərinə hər hansı müdaxilə təkcə qanunsuz deyil, həm də siyasi cəhətdən düzgün deyil”.

Metbuat.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” hesabında bildirib.

O, Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stanoyanın hazırda həbsdə olan Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin azad edilməsi ilə bağlı çağırışına cavab verib:

“Həm Qubad İbadoğlu, həm də Bəxtiyar Hacıyev qanunla müəyyən edilmiş müvafiq cinayət təqibi altındadır və buna hörmət edilməlidir.Belə bir çağırış ikili standartların və siyasi manipulyasiyanın bariz nümunəsidir, çünki Aİ Ermənistanda onlarla siyasi fəalın siyasi təqiblərini və əsassız həbslərini pisləyə bilmədi. Aİ-nin bu cür müdaxiləni davam etdirmək cəhdləri tamamilə qəbuledilməzdir”.


metbuat.az.