1 noy 2023 02:16
Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.
Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, hadisə II Liqanın «Göygöl» - «Şəki Siti» qarşılaşmasında (1:2) yaşanıb.
Belə ki, Göygöldə keçirlən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.
Buna səbəb ev sahibi komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.
Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları «fit sahibləri»nə təzyiq göstərib.
Döyüləcəklərindən qorxan «ədalət təmsilçiləri» final fitini səsləndirmədən hakimlər otağının yolunu tutub.