16 noy 2023 10:04
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 517 652,6 min ABŞ dolları dəyərində 835 986,02 neft məhsulları ixrac edib.
Metbuat.az xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24%, həcmi isə 34% artıb.
Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.