METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan nefti

6 noy 2023 11:16

Ötən həftə ərzində (23-27 oktyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 91,216 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,736 dollar və ya 1,87% azdır.

Metbuat.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (I gün) – 91,65 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 90,67 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.


metbuat.az.