28 Noyabr 2023 09:44
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.59 ABŞ dolları və ya 1.86% azalaraq 84.07 ABŞ dollarına enib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.