15 noy 2023 12:46
Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji əhəmiyyətli əməkdaşlıq sənədləri imzalanıb.
Metbuat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Qeyd olunub ki, illik 400 mln.m3-ə qədər qaz tədarükü nəticəsində Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşı olacaq.
"Mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşümüz çərçivəsində Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji əhəmiyyətli əməkdaşlıq sənədləri imzalandı. İllik 400 mln. kubmetrə qədər qaz tədarükü nəticəsində Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşı olacaq. Ölkəmizin enerji təhlükəsizliyində rolu güclənir”, - paylaşımda bildirilib.