25 Noyabr 2023 13:34
Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-oktyabr aylarında daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,6 faiz artaraq 20,1 min nəfər olub.
Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunan dövr ərzində bu nəqliyyat vasitəsilə daşınmış yüklərin həcmi 7651,1 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,1 faiz artıb. Yüklərin 55,6 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 11157,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 9221,1 min tonunu və ya 82,6 faizini tranzit yüklər təşkil edib.
2023-cü il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 366,7 min ton olub.