5 noy 2023 14:13
“Səba” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv edilir.
Metbauat.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az saytı məlumat yayıb.
Məlumata görə, bununla bağlı dekabrın 11-də “Səba” ASC səhmdarları bir araya gələcək.
Yığıncaqda MMC-nin ləğv edilməsi haqqında qərar veriləcək.
Qeyd edək ki, ASC-nin səhmdarları bundan əvvəllər də MMC-nin ləğv edilməsi ilə əlaqədar dəfələrlə bir araya gəliblər.