11 noy 2023 23:41
Bu gün yerli vaxtla saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda maqnitudası 2.9, zəlzələ ocağının dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.
Bu barədə Metbuat.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.
Zəlzələ bəzi insanlar tərəfindən hiss olunmuşdur.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:00-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.