17 noy 2023 09:51
İsmayıllı rayonunda 3,4 maqnitudalı zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3,4, dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.
Zəlzələ 3 bal gücündə hiss olunub.