METBUAT.AZ

İqtisadiyyat

Azərbaycandakı valyuta hərraclarındakı satış

30 Noyabr 2023 12:49

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 274,4 milyon ABŞ dolları məbləğində satış olub.

Metbuat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 % azdır.

Təkcə bu ay isə valyuta satışının məbləği 427 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 4,1 % çoxdur.


metbuat.az.