METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın valyuta bazarı

22 Noyabr 2023 11:04

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarında 23,8 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.

Metbuat.az Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % azdır.

9 aylıq əməliyyatların 21 milyard ABŞ dolları nağdsız, 2,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 6 % və 29,2 % azdır.

Nağdsız valyuta əməliyyatlarının 79 %-i ABŞ dollarında, 21 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 83,6 %-i ABŞ dollarında, 16,4 %-i digər valyutalarda baş tutub.


metbuat.az.