29 Noyabr 2023 15:42
“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması bütün region ölkələrinin gələcək inkişafı üçün ilkin şərtdir”.
Metbuat.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vaaqn Xaçaturyan Litva-Ermənistan parlament dostluq qrupunun rəhbəri Raymundas Lopata ilə görüşündə deyib.
V.Xaçaturyan qeyd edib ki, Ermənistan Cənubi Qafqaz regionunda sabit və davamlı sülhün əldə olunmasında maraqlıdır.
Görüş zamanı Ermənistan-Litva əməkdaşlığının gündəliyindəki məsələlər də müzakirə olunub.