METBUAT.AZ

İqtisadiyyat

“Azeri Light” bu gün neçəyə satılır?

18 noy 2023 11:20

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ötən günlərlə müqayisədə bahalaşıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,67 ABŞ dolları və ya 2% artaraq 83,67 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, ötən gün neftimiz 82 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


metbuat.az.