3 noy 2023 14:28
Maliyyə naziri Samir Şərifov bağçalarda ərzaq təminatı üçün ayrılan vəsaitin azaldılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Metbuat.az xəbər verir ki, nazir parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında ərzaq təminatı ilə bağlı vəsaitin azalmasını təsdiqləyib.
S.Şərifov bildirib ki, doğrudan da azalma var: “Amma söhbət maddələrdən gedir. Hazırda Elm və Təhsil Nazirliyi tək ərzaq xərcləri maddəsi üzrə bağçalarda qidalanma məsələlərini həll etmir, eyni zamanda isti yemək verilməsi yolu ilə ketrinq şirkətlərini bu işlərə cəlb edirlər. Artıq bağçalara isti yeməklər çatdırılır”.