1 noy 2023 19:12
"Muğan Bank" ASC-nin sığortalanmamış əmanətləri 102 milyon manatdır.
Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
"Bu 102 milyon manatın 76 milyonu fiziki şəxslərə məxsusdur. 76 milyon manatın 61 milyon manatı bir fiziki şəxsə, 26 milyon manat isə hüquqi şəxslərə məxsusdur. Bunların 50 faizi iki şirkətə məxsusdur. Məhz bu səbəbdən qeyd edirəm ki, "Muğan Bank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir göstərməyəcək", - o deyib.