17 noy 2023 11:53
Binəqədi rayonu ərazisində mənzillərin birindən 5000 manat, 2700 ABŞ dolları pul və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əfəndizadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.